Bakı Avrasiya UniversitetiTələbə Gənclər Təşkilatı
BAAU TGT-ə xoş gəlmisiniz
Komandamıza qoşulmaq üçün aşağıdakı formu diqqətlə doldurun. Ulduzla (*) işarələnmiş sahələr məcburidir.
📢 Dəyərli gənclər!
Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (BAAU TGT) üzv qəbulunu açıq elan edir.
Sizdə, sizin üçün yaratdığımız üzvlük formundan qeydiyyatdan keçərək aramıza qatıla bilərsiniz.
Missiyamız:
Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının (BAAU TGT) missiyası dövlətin gənclər siyasətinə dəstək vermək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, təlim-tədris prosesinin səmərəliliyinə töhfə vermək, Respublikanın ictimai, mədəni, sosial-iqtisadi həyatında tələbələrin fəal iştirakını təmin etməkdir.
Strateji məqsədlər:
Əsası dövlət gənclər siyasəti olmaqla tələbələrlə işin təmin edilməsi.
Tələbə gənclər təşkilatının fəaliyyətinin əlaqəli təşkili və dəstəklənməsi.
Tələbə gənclərin milli maraqlara söykənərək yerli və beynəlxalq iştirakçılığının artırılması.